"Hazırda klubsuzam. Heç bir təklifim yoxdu".
Bu sözləri Sportal.az saytına açıqlamasında Nicat Qurbanov deyib.
Son olaraq "Keşlə"də çıxış etmiş futbolçu hazırda klubsuzdu. O, təklif olmayacağı təqdirdə karyerasını sonlandıracağını bildirib:
"Düzü, karyeramı sonlandırmağı fikirləşirəm. Məşqçilik barədə son günlərdə çox düşünürəm. Çünki özümü futboldan başqa bir sahədə tapmağım çətin olar. Klubsuz qalmağıma gəldikdə, son 6 ayı “Keşlə”də oynamadım deyə, klubsuz qaldım".