"Keçiörengücü"nə gəldiyim ilk gündən həmişə hədəflərim daha da yuxarılara getmək olub. Sadəcə çempionatın əvvəlində istədiyimiz nəticələri qazana bilmirdik, yaxşı oynasaq da xallar itirirdik. Amma neçə həftədi ki, yaxşı oynayıb xallar qazanırdıq. Sadəcə son turda "Kocaelispor"a son dəqiqə qolu ilə uduzduq. Halbuki, yaxşı futbol oynadıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Vüsal İsgəndərli deyib.
"Keçiörengücü" forması geyinən azərbaycanlı futbolçu Türkiyə 1-ci divizionun 28-ci turunun “Kocaelispor”la oyununun 2-ci yarısında meydana çıxıb.
O, həmin matçdakı məğlubiyyəti şərh edib. Bununla yanaşı yenidən Azərbaycan millisinə dəvət olunmaq istədiyini söyləyib:
“Əslində, “Kocaelispor”a qarşı yaxşı oynadıq. Sadəcə dediyim kimi son dəqiqə qolu ilə uduzduq. Ümidvaram ki, hər şey daha yaxşı olacaq.
Milli komandamızın toplanışı olacağını bilirəm. Dəvət gələrsə, hər zaman olduğu kimi milli üçün əlimdən gələni etməyə hazıram. Dəvət gəlməsə də, öz üzərimdə çalışacam ki, dəvət gəlsin"