Xorvatiya klubunun futbolçusu: "Mahir "Dinamo"nu gücləndirəcək, əvvəl demişdim ki, Azərbaycanın ən güclü futbolçusudu"

18:45 - 6 Mart 2022

Xorvatiyanın "İstra" klubunun futbolçusu Sərdar Sərdarov Sportal.az saytına açıqlama verib. 

Yayda "Neftçi" başda olmaqla bir neçə klubumuzun transfer siyahısında yer almış yarımmüdafiəçi məsələ haqda danışıb. Azərbaycanda oynayacağı təqdirdə, milli komandamıza da cəlb olunması ehtimal edilən Sərdarov Azərbaycan klublarından təklif aldığını gizlətməyib: 

​"Danışıqlar həmişə gedir. Amma düzünü desəm, həmişə sadə söhbət olub. Ciddi bir şey olmayıb. Çox söhbət olmuşdu. Azərbaycan klubundan ciddi təklif bir neçə dəfə olub. Azərbaycanda transferlər bir az fərqli şəkildə həyata keçirilir. Klubdan mənə zəng edib soruşurlar ki, "bizdə oynamaq istəyirsən?". Konkret nəsə olsa, fikirləşərəm. Amma bu cür danışıqlar heç nəyə gətirib çıxarmır".

O, dünən "Dinamo"nun heyətində "Şibenik"lə matçda debüt edən Mahir Əmrəli haqda da danışıb. Sərdar Mahirin "Dinamo"dakı perspektivindən söz açıb: "Mahiri hələ görməmişəm, görüşəndə ​​danışacam. O, çox yaxşı komandada oynayır. Əsas komandaya düşmək üçün çox çalışmalıdı. Çünki onun komandasında güclü rəqabət var. Düşünürəm ki, Mahir "Dinamo"nu gücləndirəcək. Yəqin xatırlayırsınız, demişdim, Emreli Azərbaycanın ən güclü oyunçusudu".

Xəbər xətti