Ukrayna klubunun futbolçusu millimizin toplanışından uzaq qalacaq?

19:18 - 8 Mart 2022

"Kolos"un futbolçusu Anatoli Nuriyev Azərbaycan millisinin növbəti toplanışındandan uzaq qala bilər. 

Sportal.az saytının məlumatına görə, Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə əlaqədar bütün mülki aviareyslər təxirə salınıb. Üstəlik, hazırki durumda futbolçunun ailəsini Ukraynada buraxaraq Azərbaycana gəlmək ehtimalı aşağı qiymətləndirilir.

Bütün bunları nəzərə alsaq, millimizin baş məşqçisi Canni De Byazinin yarımmüdafiəçini Malta (25 mart) və Latviya (29 mart) görüşləri üçün nəzərdə tutulan üçün oyunlara, toplanışa dəvət göndərməyəcəyi ehtimal edilir. 

Xəbər xətti