Yunanıstanın "Pierikos" klubundan ayrılaraq "Səbail"ə keçən Tural Bayramlı Sportal.az saytına müsahibə verib.
- "Səbail"də artıq debüt etmisən. Ardınca da “Neftçi”yə qarşı oynadın. Bu iki görüşdəki performansın necə alındı?
- Sözün düzü, hələ tam formamı bərpa etməmişəm. Ancaq klubum üçün əlimdən gələni edirəm. Daha da yaxşısı mümkündü.
- "Neftçi"yə 0:2 hesablı məğlubiyyət haqda hansı fikirdəsən?
- “Neftçi”yə qarşı pis oynamadıq. Ancaq heç nədən qol buraxdıq. Ondan sonra bərabərlik qolunu da vura bilərdik. Heyf ki, alınmadı.
- Bir ara "Pierikos" tərəfi sənədlərini vermək istəmirdi, problem yaranmışdı. Maraqlıdı, Yunanıstan klubu ilə həmin problemi necə yoluna qoydun?
- "Pierikos"la sənəd problemi FİFA vasitəsilə həll olundu. Bu işdə mənə köməklik göstərən hər kəsə, xüsusilə də “Səbail” rəhbərliyinə təşəkkürümü bildirirəm.
- Səncə, Yunanıstan karyeran nəyə görə uğurlu alınmadı?
- Orada hər şey yaxşı idi. Lakin sonrada müəyyən problemlər baş verdi. Mənim sənədlərimi gec düzəltdikləri üçün klubla aramızda problem yarandı. Elə onda orada qalmayacağımı onlara bildirdim.
- Mövsüm sonunda yenidən Yunanıstan və ya Avropanın digər ölkəsinə qayıtmaq mümkündü?
- Azərbaycanı ölkə xaricində təmsil etmək fikrim var. Yunanıstandan təkliflərim var idi. Bu, hələ “Pierikos”da olanda baş vermişdi. Siz dediyiniz məsələyə gəldikdə, bunu zaman göstərəcək. “Səbail” üçün əlimdən gələni edib, məşqçilər korpusunun etimadını qazanmaq haqda fikrimi yönəltmşəm.
Mirbağırağa
saytlarin hazirlanmasi