Azərbaycanın ən baxımlı telekanallarından olan ATV-də "Futbolumuz" verilişinin növbəti buraxılışı olub.
Sportal.az xəbər verir ki, aparıcı Ceyhun Rzayevlə proqramın daimi eksperti Emin Abbasov ölkə futbolu ilə bağlı müzakirələr aparıb.
Verilişdə "Atletico Baku" uşaq futbol komandası ilə bağlı da danışılıb. Belə ki, adıçəkilən klubun rəhbəri Xalid Hacıyevin məşq etmək üçün dəfələrlə AFFA-ya meydança ilə bağlı müraciət etsə də, qurumdan ona heç bir dəstəyin göstərilməməsi, cavab verilməməsi müzakirə edilib. Daimi ekspert Emin Abbasov elə bu məsələ ilə bağlı danışıb.