"Bəxtimiz gətirmir, sonlarda da konsentrasiyanı itiririk"

17:49 - 10 Mart 2022

"Səbail"in litvalı legioneri Domantas Şimkus Sportal.az saytına açıqlama verib.

Paytaxt klubunun futbolçusu Premyer Liqanın 18-ci turunda "Neftçi"yə qarşı keçirdikləri matçı şərh edib.

Yarımmüdafiəçi komandasının uğursuz çıxışı barədə fikirlərini bildirib: "Neftçi"yə qarşı oyun çox çətin alındı. Biz səfərə xal qazanmaq üçün yollanmışdıq. Sadəcə oyunun sonlarında konsentrasiyanı itirdik və qollar buraxıb uduzduq. Onsuzda, biz hər oyunda meydana qələbə üçün çıxırıq. Sadəcə matçın sonlarında bəxtimiz gətirmir. “Neftçi” ilə görüşdə də qalib gəlmək istəyirdik. Məşqlərdə ən yaxşı şəkildə hazırlaşırıq. Ki, oyunlarda yaxşı nəticələr qazanaq. 

Sadəcə dediyim kimi, matçlarda bəxtimiz də gətirmir. Amma biz analizlər etmişik və “Keşlə” oyununa ciddi şəkildə hazırlaşırıq. Bu oyunda da uğurlu nəticə üçün çalışacağıq".

Xəbər xətti