Millimizin müdafiəçisi: "Həkimlərin dediyinə görə bir aya kollektivlə tam məşqlərə başlaya biləcəm"

19:14 - 10 Mart 2022

Milli komandamızın müdafiəçisi Elvin Bədəlov Sportal.az saytına açıqlama verib. Uzun müddətdir ki, zədədən əziyyət çəkən müdafiəçi məşqlərə başlayıb. O, saytımıza açıqlamasında bunları deyib:

“Doğrudu, kollektivlə tam məşq etmirəm. Yavaş-yavaş bəzi çalışmaları yerinə yetirirəm. Ancaq yenə də daha çox fərdi məşqlər edirəm. Həkimlərin dediyinə görə bir aya kollektivlə tam məşqlərə başlaya biləcəm”.

​Millimizin də şərəfini qoruyan Bədəlov Premyer Liqanın 5-ci turunun "Qəbələ" ilə matçının 20-ci dəqiqəsində ciddi zədə alaraq əvəzlənmişdi.

 

Xəbər xətti