“Azərbaycanı ölkə xaricində təmsil edən bütün futbolçuları dəstəkləmək lazımdı. Bu, futbolumuzun üzüdü. Mahir Emreliyə görə şadam. Ona uğurlar arzu edirəm. Hər halda “Dinamo” onu elə-belə transfer etməyib. Kluba kömək edə biləcəyinə inandıqlarına görə, transfer ediblər”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Deni Qaysumov deyib.
Azərbaycan millisinin sabiq futbolçusu Mahir Emrelinin “Dinamo”ya keçidindən söz açıb. Rusiya futboluna bələd olan veteran futbolçu bu ölkənin yetişdirdiyi Ayaz Quliyev, Kamran Əliyev, Azər Əliyevin Azərbaycan millisindəki mümkün çıxışını dəyərləndirib:
“Mahir Emrelinin “Dinamo”ya keçidi irəliyə addım atıb. Bu klub Avropa arenasına açıqdı. Azər Əliyev özü daha yaxşı bilər, nə onun üçün nə yaxşıdı. Təbii ki, ona Azərbaycan millisində uğurlu çıxış etməsini arzulayıram. Təbii ki, Kamran Əliyev, Ayaz Quliyev və Azər Əliyev Azərbaycan millisini gücləndirər”.