Qışda “Renova”ya keçən Nazim Məmmədzadə hələ ki, yeni klubunda debüt etməyib. Son iki turda heyətə daxil edilsə də, baş məşqçi onu meydana buraxmayıb.
Məmmədzadə Sportal.az saytına açıqlamasında baş məşqçi Qatip Osmaninin onu heyətə daxil etdiyi “Pelister” və “Şkupi” matçlarında şans verməməsindən danışıb. Onun dediyinə görə baş məşqçinin güvənini qazanıb, sadəcə şansını gözləyir:
“Əslində, hər şey yaxşı gedir. Baş məşqçi də mənə güvənir. Özü də mənimlə daim danışır. Bu yaxınlarda çağırdı, söhbət etdi mənimlə. Fikirləşdim ki, bəlkə problem məndədi, rəqabətdə uduzuram, ya məşqləri pis edirəm. Amma baş məşqçi dedi ki, hazırki müdafiəçilər təcrübəlidi, mövsümün əvvəlindən oynayırlar. Bildirdi ki, bu dəqiqə eksperiment vaxtı deyil. Hücumçu da deyiləm ki, heç olmasa son dəqiqələrdə meydana buraxsın. Onu da dedi ki, "məşqlərin əladı, sadəcə şansını gözlə". Həm də “üçlü” müdafiəmiz səhvsiz oynayır. Ruhdan düşmürəm, məşqlərimi edib, şansımı gözləyirəm”.
Məmmədzadənin komandası 22 turdan sonra 32 xalla 6-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi