"Visla"nın təcrübəli futbolçusu Antonun ayrılmaq ehtimalı haqda: "Məlumatım yoxdu"

11:57 - 11 Mart 2022

Azərbaycan milli komandasının futbolçusu Anton Krivotsyukun "Visla"dan ayrılacağı ehtimal edilir.

Sportal.az xəbər verir ki, Plotsk klubunda xoşbəxt olmadığına görə müdafiəçinin "Neftçi" və "Qarabağ" klublarından birinə keçəcəyi gözlənilir.

"Qarabağ"ın sabiq futbolçusu, "Visla"dan Antonun komanda yoldaşı olan Yakub Jezniçak məsələ haqda saytımıza açıqlama verib. Ağdam klubunun keçmiş futbolçusu Krivotsyukun “Neftçi” və “Qarabağ”a keçə biləcəyi ehtimal edilir, bu haqda nə düşünürsən?" sualına geniş şərh verməyib:

“Antonun “Neftçi” və “Qarabağ”a keçmək ehtimalı? Bu barədə bir söz deyə bilmərəm. Çünki bu məsələlər haqda heç bir məlumatım yoxdu".

Xəbər xətti