"Qarabağ" azarkeşlərinə, "Sabah" məşqçisinə görə cərimələndi

15:59 - 11 Mart 2022

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın XVIII turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

XVIII turun “Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);

“Qarabağ” – “Qəbələ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən stadiondakı əmlaka zərər vurulduğuna görə dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanmalıdır (maddə 49);

XVIII turun “Keşlə” – “Sabah” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

“Sabah” klubunun məşqçisi Vitali Kovalyov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 41.4);

“Sabah” klubunun qapıçısının formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 800 manat cərimə olunur (maddə 69.5);

Xəbər xətti