"Cənab Prezident İlham Əliyevin Qurban Qurbanova böyük hörməti və simpatiyası var".
Sportal.az xəbər verir ki, bu sözləri "Sportinfo TV"yə açıqlamasında millinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib.
Ölkə rəhbərinin son illərdə Ağdam klubunun kollektivini 3 dəfə qəbul etməsini böyük tarixi hadisə adlandıran keçmiş mülafiəçinin fikrincə, bu, futbola göstərilən diqqət və qayğının təzahürüdür:
"Hörmətli dövlət başçısı idmanın inkişafı üçün böyük işlər görüb və indi də görməkdədir.
"Qarabağ" hələ illər öncə UEFA Kubokunda "Honka"nı udanda, cənab Prezident Qurban Qurbanova zəng edərək, onu qələbə münasibətilə təbrik eləmişdi.
Mən bilirəm ki, bu hadisə Qurban müəllimi nə qədər qürurlandırmış və həvəsləndirmişdi. O, bir daha gördü ki, "Qarabağ" dövlət başçısının diqqət mərkəzindədir.
Bütün bu uğurların təməli məhz onda qoyuldu. Dostum olduğu üçün demirəm, hamı təsdiqləyərəm ki, Qurban müəllim Azərbaycanı futbol vasitəsilə bütün dünyaya tanıtmaq üçün ağır və şərəfli yol keçib.
Düzgün və səmimi insandır. Odur ki, Allah da ona hər işdə yol açır, müvəffəqiyyət qazanmasına kömək olur".
saytlarin hazirlanmasi