"Mahirin "Dinamo"da aparıcı oyunçu olması üçün zamana ehtiyacı var"

11:54 - 13 Mart 2022

“Mahir Emrelini tanıyırdım. "Hayduk"la matçda da onu meydanda gördüm. Yaxşı oynadı, komandasına kömək edə bildi. Əvvəllər onun “Legiya”dakı oyununu görmüşdüm. O, yaxşı futbolçudu. “Dinamo” da böyük klubdu. Bu klubun yaxşı menecerləri var. Onlar da Mahiri yaxşı futbolçu olduğuna görə gətiriblər komandaya”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Marin Orsuliç deyib.

“Xəzər Lənkəran”da oynamış veteran futbolçu hazırda Xorvatiyanın “Yadran Luka Ploçe” klubunun baş məşqçisidi.

Azərbaycan futboluna bələd olan xorvatiyalı mütəxəssis Mahirin “Dinamo”dakı perspektivindən söz açıb: “Zaqreb klubu böyük futbolçulara sahib olan, böyük, güclü klubdu. Mahirin aparıcı oyunçu olması üçün zamana ehtiyacı var. “Dinamo”da aparıcı oyunçu olmaq da asan deyil. Ümidvaram ki, onda hər şey yaxşı alınacaq”.

Xəbər xətti