“Dauqavpils”in baş məşqçisi Andrey Kalinin Sportal.az saytına açıqlama verib.
Latviyalı mütəxəssis U-21 yığmamızın və “Sabah”ın futbolçusu Şakir Seyidovun mümkün transferi haqda danışıb. Məsələ haqda ətraflı danışmaq istəməyən Kalinin Seyidovla maraqlandıqlarını təkzib etməyib:
"Latviyada yeni sezon start götürüb. Bu gün də mövsümdə ilk oyunumuz olacaq. İndi diqqətimiz bu oyuna yönəlib. Dediyiniz məsələ ilə bağlı daha yaxşı olardı ki, klubun direktoru danışardı. Çünki seleksiya işlərilə məhz direktorumuz məşğul olur. Sırf mənim fikrimə gəldikdə, Şakir Seyidovun “yutub”dakı videolarına baxmışam. Amma transferlə bağlı nə baş verdiyi barədə geniş məlumatım yoxdu".