"Sabah"ın futbolçusu Kristian Sebalyos Sportal.az saytına müsahibə verib. İspaniyalı legioner komandasının çıxışı barədə danışıb.
- Komandanız dünən “Qarabağ”la matçdan məğlub ayrıldı. Bu komandaya qalib gələ bilərdiniz?
- Məncə, bizim üçün çox çətin oyun alındı. “Qarabağ” bizdən yaxşı görünürdü. Nəticə də belə alındı.
- Səncə, nəyə görə “Sabah” “Qarabağ”a uduzdu?
- Düşünürəm ki, biz daha yaxşı mübarizə aparmalıydıq. Topa daha çox yiyələnməli idik. Qarşıdakı iki oyunu qalib başa vurmaq çox önəmlidi.
- Bu məğlubiyyətlə "Sabah"ın aktivindəki xallar dəyişmədi. Komandanın avrokubok şanslarını necə dəyərləndirirsən?
- Məncə, bizim hələ də şansımız var. Çünki qarşıda hələ çox oyun, çox xal var. Buna görə deyirəm ki, qarşıdakı iki oyunu qalib gəlmək çox vacibdi.
- Əslində, “Sabah” Murad Musayevin gəlişindən sonra uğurlu çıxış etməyə başlamışdı. Demək olar ki, “Neftçi” məğlubiyyətləri komandaya çox pis təsir etdi?
- Məğlubiyyət komandaya hər zaman təsir edir. Ancaq tezliklə qazanılacaq qələbələr bizə yenidən güvən qazandıracaq.
- Zədə səbəbindən uzun müddət oynaya bilmədin. Xroniki zədən var?
- Omba tərəfdə kiçik problemim var idi. Yaxşı sağalda bilməmişdim deyə, yenidən ağrılarım oldu. İkinci dəfə onu sağaltmaq üçün daha çox vaxt sərf etmək lazım idi. İndi daha yaxşı vəziyyətdəyəm. Məşq edib, oynamağa hazıram. Mövsümü yaxşı şəkildə sona çatdırmaq istəyirəm. Bu, mənim şəxsi məqsədimdi.
- Növbəti turda “Səbail”lə oynayacaqsınız. Bu matçda qalib gəlmək şanslarınız nə qədərdi?
- Öz səviyyəmizdə oynaya bilsək, qalib gələcəyik. Çünki yaxşı komandamız var. Amma bu da doğrudu ki, zədəli oyunçularımız çox oldu. Bunun özü də komandaya təsir göstərir.
Mirbağırağa
saytlarin hazirlanmasi