Daha bir azərbaycanlı futbolçu Polşada oynamağa yaxındı.
Sportal.az saytının məlumatına görə, “Neftçi”nin keçmiş futbolçusu Cavidan Rəhimli Polşa klublarından təklif alıb.
Aşağı liqa klubları “Sokol” və “Pyast”dan təklif alan 21 yaşlı futbolçu hazırda viza məsələlərilə məşğuldu. Mövsümün ilk yarısını “Neftçi”nin əvəzedici heyətində keçirmiş Cavidan viza məsələləri yoluna qoyacağı təqdirdə Polşaya yollanacaq.