Mahir Emrelinin "Dinamo"ya (Zaqreb) keçidi Balkan ölkələrində azərbaycanlı futbolçulara marağı artırıb.
Sportal.az saytının məlumatına görə, Serbiya klubları da futbolçularımıza maraq göstərir.
Azərbaycan millisinin keçmiş hücumçusu Branimir Subaşiç "Srvena Zvezda"ya azərbaycanlı futbolçuları təklif edəcək. "Banya" əvvəllər Belqrad klubunda çıxış edib və hazırda bu klub rəsmilərilə münasibəti yaxşı olduğundan futbolçularımızı ora apara bilər.
Yayda "Srvena Zvezda"ya azərbaycanlı futbolçular təklif ediləcək.