Premyer Liqa təmsilçisi Ukrayna klubundan qapıçı gətirdi: "Bakıdayam"

14:14 - 15 Mart 2022

Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviç yenidən Premyer Liqada oynayacaq.

Sportal.az saytının məlumatına görə, "Sumqayıt" onunla danışıq aparıb və razılıq əldə edilib.

Son olaraq Ukraynada "LNZ Çerkassı"da çıxış etmiş qolkiper Bakıya gəlib. Klubu ilə Türkiyəyə təlim-məşq toplanışına yollanmış Popoviç Rusiyanın Ukraynaya hərbi təcavüzi nəticəsində ölkəyə qayıda bilməmişdi. Saytımıza açıqlama verən Popoviç bunları deyib: "Bir neçə günə hər şeyi biləcəksiniz. Bəli, artıq Bakıdayam".

30 yaşlı qapıçı “Bakı”, “Abşeron”, “Sumqayıt”, “Turan”, “Tavşanlı Linyitspor”, “Qəbələ”, “Polyana”, “Minay” klublarında çıxış edib.

Xəbər xətti