“Dinamo”nun forvardı Mahir Emreli Azərbaycan millisinin qarşıdakı toplanışını və yoxlama görüşlərində iştirak etməyəcək.
Sportal.az saytının məlumatına görə, 24 yaşlı forvard Xorvatiya çempionatının “Hayduk”a qarşı keçirilən oyununda zədələnib. Klubun həkimləri isə forvardın dincəlməyə ehtiyacı olduğunu bildirib. Məhz buna görə də Emrelinin millinin düşərgəsinə qoşulmayacağı ehtimal edilir.
Azərbaycan millisi toplanış çərçivəsində Malta (25 mart) və Latviya (29 mart) ilə yoxlama görüşləri keçirəcək.