"Səbail"in albaniyalı futbolçusu Yurgen Hocanın yaşıl meydanlara qayıtması zaman alacaq.
Sportal.az xəbər verir ki, Premyer Liqanın 19-cu turunun "Keşlə" ilə matçında zədələnərək 62-ci dəqiqədə oyunu tərk edən Hoca MRT müayinəsindən keçib.
Onun menisk nahiyyəsində yırtıq əmələ gəldiyi aşkarlanıb. Bu barədə futbolçu özü əməkdaşımıza məlumat verib. Futbolçu bir neçə gün sonra yenidən MRT müayinəsindən keçəcək. Hocanın əməliyyat ediləcəyi də ehtimal olunur.