Hazırda birinci divizionda çıxış edən "Turan-Tovuz" Premyer Liqaya yüksələcəyi təqdirdə stadionda dəyişiklik edəcək.
Sportal.az saytının məlumatına görə, Tovuz təmsilçisi yeni mövsümdən yüksək liqada çıxış edəcəyi təqdirdə stadionun sünii örtüklü meydançası təbii örtüklə dəyişdiriləcək.
Bu komandanın 2022/2023 mövsümündən Premyer Liqada iştirak edəcəyi iddia edilir.