Son olaraq Ukrayna aşağı liqasında yarışan "LNZ Çerkassı" klubunda çıxış edən Andrey Popoviçin "Sumqayıt"la müqavilə imzalaması an məsələsidi.
Sportal.az saytının məlumatına görə, millimizin sabiq qapıçısı dünən klub rəhbərliyi görüşüb. O, dünən Premyer Liqanın 20-ci turunda keçirilən "Keşlə" - "Sumqayıt" matçını da tribunadan izləyib.
Popoviçin çempionatın qalan hissəsində “Sumqayıt”a kömək edib-etməyəcəyi hələ ki, dəqiq deyil. Məsələ burasındadır ki, tərəflər maddi məsələlərdə razılaşacağı təqdirdə müqavilə imzalanılacaq.
Xatırladaq ki, futbolçu Ukrayna klubunun heyətində Türkiyəyə toplanışa yollanmışdı. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra isə o, bu ölkəyə qayıda bilməmişdi və kollektivlə birlikdə Türkiyədə qalmışdı.