“Hayduk” – “Dinamo” matçı özü də elə yaxşı alınmadı. Amma derbi həmişə maraqlıdı. Mahir Emreli də bu oyunda iştirak etdi. Məncə, onun komandanın oyun stilinə öyrəşməsi, komanda yoldaşları ilə yaxından tanış olması üçün zamana ehtiyacı var”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Ernad Skuliç deyib.
Uzun illər Azərbaycanda, “Bakı” klubunda çıxış etmiş xorvatiyalı “Dinamo”da çıxış edən millimizin üzvü Mahir Emreli haqda danışıb. Hazırda Xorvatiyada məşqçi kimi çalışan Skuliç zədələnən yığmamızın üzvü barədə bunları deyib:
“Hayduk”la matçda Mahir bir neçə epizodda müdafiəçiləri keçə bilmirdi. Amma dediyim kimi derbilər həmişə çətin keçir. Özü də Mahir ilk dəfə idi ki, start heyətində meydana çıxmışdı. Ona zaman lazımdı. Sabah “Slaven Belupo” ilə oyun var. Həmin oyunda oynayacaq ya, yox bilmirəm. Oynayası olarsa, daha yaxşıdı”.
“Mahir çox yaxşı futbolçudu və özünü ən yaxşı tərəfdən göstərəcək. Zamanla yanaşı həm də ona dəstək lazımdı” deyə, Ernad Skuliç fikirlərini yekunlaşdırıb.