Azərbaycan millisinin hücumçusu Əli Qurbani qarşıdakı mövsümə fərqli komandada başlayacaq.
Sportal.az saytının məlumatına görə, “Sumqayıt” 31 yaşlı hücumçu ilə müqavilə müddətini uzatmayacaq.
Mövsüm sonunda “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsi sona çatacaq Qurbaniyə yeni müqavilə təklif edilməyəcək.
Çünki millinin hücumçusunun çıxışı məşqçilər korpusunu razı salmaylıb. 2020-ci ildən “Sumqayıt”da çıxış edən Qurbaninin qışda İrana qayıdacağı iddia edilirdi.