Renat Dadaşov nəyə görə məyus olub?

13:39 - 21 Mart 2022

Azərbaycan millisinin və "Tondela"nın futbolçusu Renat Dadaşov Primerounun 27-ci turunda "Aruka" (2:2) ilə oyundan sonra şəxsi instaqram səhifəsində paylaşım edib.

Sportal.az xəbər verir ki, Dadaşov həmin matçın 2:2 hesablı bərabərlişlə sona çatmasını bu cür şərh edib:

"Heç-heçə alındığına görə məyusluğumuzu sözlə ifadə edə bilmirəm. Amma bilirəm ki, vəziyyəti Allahın köməyi və öz işimizlə dəyişəcəyik”.

Xatırladaq ki, Renat həmin matçda 8-ci dəqiqədə meydana daxil olub.

Xəbər xətti