Rusiya klubunun futbolçusu: "Qarabağ" və "Neftçi"dən təkliflərim var idi"

11:47 - 23 Mart 2022

"Klubumdakı işlərim yaxşıdı. Heç bir problem yoxdu. Turnir cədvəlində hazırki mövqeyimiz isə layiq olduğumuz yer deyil”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Ufa”nın azərbaycanlı futbolçusu Ruslan Fişenko deyib.

Rusiya Premyer Liqasında yarışan klubda çıxış edən yarımmüdafiəçi klubundakı durumu və baş məşqçi ilə münasibətindən söz açıb: "İki dəfə qırmızı vərəqə ilə cəzalanmışam. Bu barədə Aleksey Stukalov mənimlə danışıb. Daha diqqətli olmağı mənə tapşırdı. Bununla yanaşı, mübarizə baxımından öz oyunumdan yayınmamalı olduğumu da söylədi. Komanda üçün əlimdən gələni edirəm".

"Azərbaycandan təkliflərim var. "Qarabağ" və "Neftçi"dən təkliflər olmuşdu. Amma sonradan inkişaf etmədi. Çünki indi bütün fikrimi "Ufa"dakı çıxışıma yönəltmişəm. Klubumla 3,5 illik müqaviləm qüvvədədi. Ona görə indidən bir söz deyə bilməyəcəm. Azərbaycan millisi məsələsinə gəldikdə, hər hansə şərh vermək istəmirəm" – deyə, Ruslan Fişenko fikirlərini yekunlaşdırıb.

Xəbər xətti