"Biz də istəyərdik ki, futbolçularımız Azərbaycan millisinə dəvət alsın" - MÜSAHİBƏ

12:23 - 23 Mart 2022

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Sportal.az saytına müsahibə verib. 

- "Keşlə"dən A milliyə futbolçu dəvət edilməməsini çempionata kompakt hazırlaşmaq baxımından müsbət dəyərləndirirsinzi? Məsələn, "Qarabağ"da demək olar ki, hamı milliyə yollanıb və məşq prosesini keçmək üçün çox futbolçu qalmayıb...
Əlbəttə, biz istəyərdik ki, futbolçularımız Azərbaycanın əsas millisinə dəvət alsın. Ancaq dəvət olunmayıb. Demək ki, belə məsləhətdi, Canni De Byazi bu cür qərar verib. Növbəti oyunlarda futbolçularımız özlərini yaxşı tərəfdən göstərərək, məşqçinin diqqətini cəlb etməlidir ki, milliyə cəlb olsunlar. Millidə oynamaq həmişə şərəfdi. Biz də istəyirik ki, futbolçularımız milliyə dəvət alsın. Azərbaycanın əsas millisinə olmasa da, U-21 yığmasına Pərviz Asadov və Moldova yığmasına Stanislav Namaşko dəvət edilib. Digərlər futbolçularımız məşqlərdə iştirak edir. Komanda şəklində məşqlərimizi davam etdiririk. Ancaq istənilən halda milliyə futbolçu vermək bizim üçün xoşdu.


- Ümumiyyətlə, necə düşünürsünüz, "Keşlə"dən Azərbaycan millisinə 1 nəfər də layiq deyildi? Daha çox Rəhman Hacıyevin adı çəkilirdi ki, milliyə dəvət almağa layiqdi...
Rəhman Hacıyevin adı çəkilirdi, Şəhriyar Əliyev də son vaxtlar milliyə cəlb edilirdi. Demək ki, daha çox çalışmaq lazımdı. Millinin oyunu bir toplanışdan ibarət deyil. Qarşıda da toplanışlar olacaq, futbolçular çalışmalıdı ki, növbəti toplanışlara dəvət alsın. Rəhmanla yanaşı istedadlı oyunçularımız çoxdu. Sadəcə öz üzərilərində çalışmalıdılar ki, inkişaf etsinlər.

- "Keşlə"nin çempionatdakı hazırki mövqeyini necə dəyərləndirirsiniz?
​- 
Hazırki mövqeyimiz? Təbii ki, daha ön sıralarda olmaq istəyərdik. Bunun üçün əlimizdən gələni edirik. Qarşıdakı turlar çətin görünsə də, əlimizdən gələni edəcəyik ki, uğurlu çıxış edək.

- Demək olar ki, fasilədən sonra komandanız üçün mövsümün ən ağır dönəmi, təqvimi gəlir? "Qəbələ", "Neftçi", daha sonra "Qarabağ"la oynayacaqsınız. Üç oyunu xalsız başa vurmaq təhlükəsi olduğunu düşünürsüz?
-
Bəli, fasilədən sonra “Qəbələ” səfəri, daha sonra “Neftçi”, ardınca da “Qarabağ”la oyun. Üç oyundan neçə xal qazanacağımızı deyə bilmərəm. Amma istənilən halda ən yaxşı nəticələr üçün mübarizə aparacağıq. Xal və xallar qazanmağa çalışacağıq. Zaman göstərəcək hər şeyi.

- "Neftçi" matçının Şamaxıda keçiriləcəyi dəqiqləşib?
Rəsmi olaraq bizə deməyiblər ki, “Neftçi” matçı Şamaxıda olacaq. Rəhbərlik və PFL-in verdiyi qərar olacaq, bizə də deyiləcək. Yəqin ki, “Qəbələ” səfərindən sonra reallaşacaq. 

Mirbağırağa

Xəbər xətti