Slavik Alxasov: "Bizim üçün qalan bütün oyunlar həlledici olacaq" - MÜSAHİBƏ

15:44 - 23 Mart 2022

"Sabah"ın təcrübəli futbolçusu Slavik Alxasov Sportal.az saytına müsahibə verib.

- "Sabah" fasiləyə qədər olan son turda "Səbail"ə qalib gəldi. Fasilə ərəfəsində bu qələbə komandaya necə təsir edəcək?
- Qələbə həmişə kollektivə inam qazandırır. Ona görə də fasilə ərəfəsində bu oyundakı qələbə bizə çox vacib idi. Qalib gəldiyimizə görə şadam.

- Hazırda 4-cü yerdə qərarlaşan "Qəbələ"dən 7 xal geridə qalırsız. Necə düşünürsən, komanda turnir cədvəlində 4-cü pilləyə yüksələ biləcək?
Mümkünsüz heç nə yoxdu. Biz qalan oyunlara çox ciddi hazırlaşırıq. Hər oyun final kimi olacaq.

- Səncə, bu tura qədər komanda niyə istədiyi uğurlu nəticələri qazana bilmirdi? Ola bilər ki, kubokda "Neftçi" matçındakı uğursuzluq komandada inamsızlıq yaratmışdı?
- Biz uduzduğumuz oyunlarda da dominant futbol oynamışıq. Yəni, məğlub olduğumuz matçlarda da pis oyun göstərməmişik. Sadəcə nəticə bizim istədiyimiz kimi olmayıb.

- 22-ci turda "Zirə", 23-cü turda "Neftçi" ilə qarşılaşacaqsız. Bu mənada, həmin oyunların "Sabah" üçün həlledici olacağını düşünsək, final matçları olacaq?
- Bizim üçün qalan oyunları onsuzda həlledici olacaq. Fərqi yoxdu, rəqib hansı komandadaı. Ona görə də bütün oyunlara çox ciddi hazırlaşırıq.

- "Sabah" Lukas Rangellə müqavilə imzaladı. Yəqin ki, onunla tanış olmusan. Hər halda onun haqda məlumatlısan?
- Bildiyimə görə Ukrayna çempionatından gəlib. "Vorskla" özü də pis komanda deuil. Allah qoysa, bizə, komandaya xeyirli futbolçu olar.

- Rangelin sonuncu klubu "Vorskla" olub. Bu komandanı da vaxtilə "Keşlə"də sənin də baş məşqçin olmuş Yuri Maksimov çalışdırır. Onunla Rangel haqda danışmısan?
-
Doğrudu, Yuri Maksimovla münasibətim yaxşıdı. Sadəcə indi əlaqəm yoxdu onunla. Rangel haqda da ondan heç nə soruşmamışam.

Mirbağırağa

Xəbər xətti