- Uzun müddətdir ki, məşqçi kimi işləmirsiz. Hazırda hansı işlə məşğulsuz?
- Bəli, hazırda futboldan kənardayam. Amma mən futbolla nəfəs alıram. Çox istəyirəm ki, işimə yenidən qayıdam. Çempionatımızda cəmi 8 klub var. Futboldan kənar işlə məşğulam, vaxtımızı keçiririk ki, əziyyət çəkməyək. Amma çox istəyərdim ki, sevdiyim işlə məşğul olam. Futbolçu və məşqçi kimi hər yerdə həmişə nəticə vermişəm. Ancaq görünür ki, bunu kimsə görmür, görmək istəmir və yaxud da işə cəlb etmək istəmir. Gözləyirəm ki, bəlkə şans yaranar. Buna hər zaman hazıram. Harada işləsək də, uğur qazanmağa cəhd etmişik.
- Bir neçə gün öncə Azərbaycan millisinin heyəti açıqlandı və bu dəfə açıqlanan heyət də narazılıqla qarşılandı. Bu haqda sizin mövqeyiniz necədi?
- Allah qoysa, millimiz Lativya və Maltaya qalib gələr. Buna ümid edirik, belə olmasını arzulayırıq. Heyətdə bir neçə yeni oyunçunun yer alması qənaətbəxş məsələdi. Amin Seydiyevə uğurlar arzulayıram. Ağabala Ramazanov da millidədi. Hər halda onun özü üçün də şansdı. Ağabala "Zirə"də özünü göstərib sübut etdi ki, millidə oynamağa sübutdu.
- Bu mövsüm uğurlu çıxış edən "Qəbələ"dən cəmi 1 nəfərin dəvət edilməsi sizin üçün gözlənilməz deyildi?
- Düzdü, "Qəbələ" yaxşı futbol oynayır. Sadəcə milli elədir ki, orada ən yaxşılar oynamalıdı. Hər halda Canni De Byazinin seçimi belədir ki, "Qəbələ"dən bir nəfəri gətirib. Doğrudu, çox adamı yoxlamaq lazımdı, sınaqdan çox futbolçunu keçirmək lazımdı ki, hamı şans qazansın. Allah qoysa, gələcəkdə bu da olacaq. Biz ancaq İnşallah, İnşAllah deyirik, gələcəyi düşünürük. Ancaq hazırda göstərdiyimiz nəticə heç də qənaətbəxş deyil. Millimizə mütləq qələbələr lazımdı. Bunu ürəkdən arzulayırıq.
- Oğlunuz, Kamranın “Sabah”ın əsas koamndasında artıq oynamağa başlayıb. Onun haqda hansı fikirdəsiz? Onun neçə ildən sonra A milliyə cəlb olunmaq şansının olacağını ehtimal edirsiz?
- Doğrudu, Kamran "Sabah"da yavaş-yavaş oynamağa başlayıb. Antalyada toplanışına cəlb edildi, "Zarya" ilə yoxlam matçında qol vurdu. Ölkə kubokunun oyununda da qolunu vurdu. Məşqlərdə maksimum güclə iştirak edir. Bildiyim qədərilə rəhbərlik də, məşqçilər korpusu da Kamran haqda müsbət fikirdədi. Əsas milliyə cəlb olunmasına gəldikdə, hazırda U-21 yığmamızın üzvüdü. Sabah Estoniyaya qarşı oynayacaqlar, həmin oyuna hazırlaşırlar. 29-da isə Belarusa qarşı yoxlama matçı keçirəcəklər. Onlara da uğurlar arzulayıram. Ümid edirəm ki, şans verilsə, Kamran sözünü deyəcək. Milliyə kömək edə biləcək futbolçudu. Pillə-pillə, addımlarla çox güman ki, əsas millidə onu görərik. Biz də bunu görmək istəyərik, bu, bizim arzumuzdu. Böyük futboldan söhbət gedirsə, əsas millidə oynayan adam böyük futboldan danışa bilər. Düzdü, futbol oynayanlar çoxdu, A millidə oynamaq özü böyük nəticədi. Kamrana da uğurlar arzu edirəm.
- "Qarabağ" və "Neftçi" çempionatda yaxşı irəliləyir. Milli oyunlarına görə çempionatda fasilə yaranıb. "Qarabağ"dan demək olar hamı milliyə yollanıb. Milli fasilədən sonra "Qarabağ" və "Neftçi"də eniş olması mümkündü?
- "Qarabağ"ın 95 faizi millidədi, "Neftçi"dən də milliyə cəlb olunanlar var. İki klubumuz da bizim flaqmanımızdı. "Qarabağ" fəxrimizdi, "Neftçi" flaqmanımız. Mənə elə gəlir ki, millidə olmaqları həmin komandanın futbolçularına da güc qatacaq. Çünki milli təcrübəsi klub təcürbəsindən fərqlidi. Çempionatın qızğın vaxtında uşaqların milliyə yollanması onları daha da gücləndirəcək. "Qarabağ" və "Neftçi"də heç bir eniş olmayacağını düşünürəm. Üstəlik, futbolçuların milliyə getməsi, məşqçilərin daha gənc futbolçuları məşqlərə cəlb etməsinə, onları yoxlamasına şans verir. Yeni transferlər var, "Sabah"da da yeni oyunçular var. Bu da onlar üçün şansdı ki, ölkəmizi, klubu, kollektivi daha da yaxından tanısınlar. Öz adımdan millimizə qələbələr arzu edirəm.
Mirbağırağa