"Həvəsdən düşmək olmaz, uğurlu çıxışımızı davam etdirmək istəyirik" - MÜSAHİBƏ

17:42 - 25 Mart 2022

“Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov Sportal.az saytına müsahibə verib.

- Milli komandaların oyununa görə çempionata fasilə verilib. Bu fasilədən necə istifadə edirsiz?
- Fasilədən yaxşı istifadə edirik. Kollektivdə də hər şey yaxşıdı. Çalışmalarımızı davam etdiririk.

- Bayramdan necə, yaxşı istifadə edib dincələ bildin?
- Bəli, elə oldu. Yaxşı istifadə etdim.

- Fasilənin komandaya necə təsir edəcəyini düşünürsən?
- Məşqlərimizi yerinə yetiririk. İnanıram ki, fasilə komandaya yaxşı təsir edəcək.

- Bombardirlər sırasında sənin də adın var. Bu mənada, milli komandanın siyahısında adının olacağını ehtimal edirdin?
- Hər bir futbolçu milli komandaya dəvət olunmaq istəyir. Mən də həmçinin. Bunun üçün çox çalışmalıyam ki, gələcək toplanışlarda yer alım.

- Dəvət olunmamağın həvəsdən salmayacaq səni?
- Xeyr, həvəsdan düşmürəm. Çünki qarşıda “Qəbələ”nin heyətində bizi çempionatda 8 çətin oyun gözləyir. Komanda olaraq bu mövsüm uğurlu çıxışımızı sona qədər davam etdirmək istəyirik. Ona görə də həvəsdən düşmək olmaz.

- Səninlə yanaşı Rövlan Muradov da milli komandaya layiq hesab edilirdi. Onun haqda fikrin necədi?
- Rövlan hazırda yaxşı formadadı. Daim oynayır, inkişaf edir. İnanıram ki, qarşıdakı toplanışlarda milliyə dəvət olunacaq. İndiki halda hər kəsin seçiminə, qərarına hörmətlə yanaşmaq lazımdı. 

Xəbər xətti