Şimali Makedoniyada oynayan legionerimiz: "İtaliya üzərindəki qələbəni azarkeşlər səhərə kimi qeyd etdi"

18:49 - 25 Mart 2022

Şimali Makedoniyada legioner həyatı yaşayan Nazim Məmmədzadə Sportal.az saytına açıqlama verib. 
“Renova”da çıxış edən yarımmüdafiəçi DÇ-2022-nin pley-off mərhələsində İtaliyanı məğlub edən Şimali Makedoniya millisinin qələbəsini yerli əhalinin necə qeyd etməsindən danışıb:

"Bir neçə gün əvvəl paltardəyişmə otağında futbolçuların özlərindən soruşurdum, deyirdilər ki, Şimali Makedoniyanın şansı azdı, çətin udalar. Amma son dəqiqədə qol vurdular, keçdilər İtaliyanı. Gecədən səhər 6-ya kimi şəhərdə insanlar İtaliya üzərindəki qələbəni qeyd edib. Milliyə Şimali Makedoniya çempionatından cəmi 1 nəfər cəlb edilib, o da “Şkupi”nin qapıçısıdı. Qalanlar hamısı Avropada oynayan oyunçulardı. Həqiqətən millidə yaxşı futbolçular yer alıb. Portuqaliya matçında da onlar qələbə üçün oynayacaq".

Xəbər xətti