Paytaxt klubunun zədələnən legioneri əməliyyat olunmayacaq

18:13 - 28 Mart 2022

“Səbail”in futbolçusu Yurgen Hocanın zədələnməsi barədə xəbər vermişdik.

Sportal.az saytının məlumatına görə, albaniyalı futbolçunun diz oynağında menisk yırtığı əmələ gəlmişdi. Öncə əməliyyata ehtiyac duyulsa da, həkimlər terapiya ilə də zədəsini sağalda biləcəklərini bildirib. Saytımıza qısa açıqlama verən Hoca bunları deyib:

“Meniskdə problem var. Hələ ki, terapiya olunacam. Həkimlər əməliyyata isti yanaşmadı. İndi müalicə olunuram. Əməliyyat mövzusu hələ ki, yoxdu. Sonra necə olacaq, ona baxacağıq”.

Xəbər xətti