“Çox istəyərdim ki, Azərbaycan millisi Maltaya qalib gəlsin. Yoxlama görüşü olsa da, bu cür rəqiblərə uduzmaq olmaz. Düzdü, Malta da pis komanda deyil. Uduzmaq heç vaxt yaxşı deyil. Nəyə görə uduzduqlarını isə, bilmirəm”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Branimir Subaşiç deyib.
Azərbaycan milli komandasının veteran hücumçusu yığmanın hazırki durumundan söz açıb. O, milli komandamızın Maltaya yoxlama görüşündə məğlub olmasını qiymətləndirib. Bununla yanaşı o, millimizin Millətlər Liqasındakı şanslarını dəyərləndirib:
“Millidə yaxşı futbolçular oynayır. Hansı ki, onlarla milli bəlkə də uğurlu nəticələr göstərəcək, amma bu nə vaxt olacaq onu bilmirəm. Fakt odur ki, milli Maltaya uduzdu. Allah qoysa, hər şey yaxşı olacaq. Millini Millətlər Liqasında oyunlar gözləyir. Bəlkə də millinin orada yaxşı nəticələri olacaq. Milliyə uğurlar arzu edirəm".