Azərbaycanda azarkeş və jurnalistlərlə bağlı məhudiyyət aradan qaldırıldı

14:58 - 29 Mart 2022

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alan Peşəkar Futbol Liqası azarkeş limiti ilə bağlı dəyişiklik edib.

Sportal.az xəbər verir ki, ümumi məsləhətləşmələrdən sonra 30 mart, 1 apreldə keçiriləcək I Divizionun XIX və 2-3 aprel tarixlərində baş tutacaq Premyer Liqanın XXI turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100% olmasına icazə verilib.

Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq.

Xəbər xətti