“Sumqayıt” Andrey Popoviçlə müqavilə imzalayacaq.
Sportal.az xəbər verir ki, millimizin sabiq qolkiperinin “gənclik şəhəri” təmsilçisi ilə nə vaxt rəsmi müqavilə imzalayacağı isə hələ ki, dəqiq deyil. “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məsələ haqda saytımıza açıqlamasında bunları deyib:
"Andrey Popoviçlə razılıq əldə olunub. Sadəcə sənədləşmə işi başa çatandan sonra onunla rəsmi müqavilə imzalanacaq. Son klubu ilə məsələ öz həllini tapdıqdan sonra rəsmi saziş imzalanacaq".