Azərbaycan millisinin forvardı türkiyəli tanınmışın komandasında oynayacaq?

12:36 - 30 Mart 2022

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yenidən İngiltərəyə qayıda bilər.

Sportal.az saytının məlumatına görə, icarə əsasında "Tondela"da oynayan forvard müqavilə ilə məxsus olduğu "Vulverhempton"a mövsüm sonunda qayıdacaq.

Dadaşovun xidmətində maraqlı olan komandaların sayı çoxdu. Forvardı istəyən komandalardan biri də türkiyəli televiziya sahibi Acun Ilıcalının bir müddət səhmlərini aldığı "Hall Siti"di.

Belə ki, Hall şəhərini təmsil edən klubun baş məşqçisi Şota Arveladzeyə də skautlar tərəfindən Dadaşov haqda məlumat verildiyi bildirilir. Millimizin hücumçusunun yayda hansı kluba keçəcəyi "Tondela"dan ayrılıb "Vulverhempton"a döndükdən sonra dəqiqləşəcək.

Xəbər xətti