"Malta və Latviya məğlubiyyətinə görə çox məyus oldum. Mənim kimi digər azarkeşlərimiz də üzüldü. Amma ehtimal etmirdim ki, uduzarıq. Fikirləşirdim ki, millimiz həm Maltanı, həm də Latviyanı udacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Kənan Kərimov deyib.
Azərbaycan millisinin veteran futbolçusu Canni De Byazinin Latviya oyunundan öncə mətbuat konfransında səsləndirdiyi fikirlərə də münasibət bildirib. O, məğlubiyyətə görə kimin günahkar olmasından danışıb: "Komanda uduzubsa, baş məşqçidən tutmuş hamının günahı var. Canni De Byazinin əlində material olmayandan sonra mümkün deyil nəsə etmək. İstəyir, De Byazi olsun, ya da başqası. Düz deyir, 3 ötürmə verə bilmirlərsə, hansı hücumdan, hansı qələbədən danışmaq olar? Doğrudu, onun özünün də günahı var. Sadəcə Azərbaycan Premyer Liqasının aşağı səviyyədə olmasının, komanda sayının az olmasının təsiri böyükdü. Çempionatın səviyyəsini qaldırmaq lazımdı".
Kərimov, Maksim Medvedevin "media və sosial şəbəkələrdən təzyiq var" açıqlamasına isə bu cür reaksiya verib: "Bu, normal haldı. Komanda uduzursa, təzyiq olmalıdı. Çox istəyərdik ki, milli qalib gəlsin. Heyf ki, uduzdular".