Yunanıstanda oynayan azərbaycanlı: "Vaxtı gələndə, nəsə lazım olsa deyəcəm"

13:35 - 31 Mart 2022

Ölkə xaricində legioner həyatı yaşayan Turan Manafovun mövsüm sonunda Azərbaycana qayıda biləcəyini xəbər vermişdik.

Sportal.az xəbər verir ki, “Olimpiakos”da maliyyə problemi olduğuna və çempionatın səviyyəsinin yüksək səviyyədə olmamasına görə müdafiəçinin Volos klubundan ayrılacağı ehtimal edilir.

Manafov saytımıza açıqlamasında klubda maliyyə durumunun yaxşı olmamasından və mövsüm sonunda ölkəyə qayıtmaq ehtimalından söz açıb: “Klubdaxili problemlər var. Görək də necə olur. Həll olunacağına ümid edirik.

Digər məsələ haqda isə danışmaq istəmirəm. Vaxtı gələndə, nəsə lazım olsa deyəcəm. Çünki indi danışılası bir şey yoxdu”.

Müqavilə ilə "Səbail"ə məxsus olan Turan Manafov mövsüm sonuna kimi "Olimpiakos"(Volos) klubuna icarəyə verilib.

Xəbər xətti