21 yaşlılardan ibarət yığma komandamızın futbolçusu İldar Alekperov Sportal.az saytına müsahibə verib.
- Yığma Estoniyaya qalib gəlib, Belarusa yoxlama görüşündə uduzdu. Toplanışı ümumi olaraq necə dəyərləndirirsən?
- Toplanış yaxşı keçdi. Əsas odur ki, xallar qazana bildik. Aktivimizdəki xalların sayını artırdıq. Sadəcə olaraq, Belarusa qarşı göstərdiyimiz oyun yaxşı olmadı. Həmin görüşdə də yaxşı nəticə istəyərdik.
- Necə olduki, komanda Estoniyaya qalib gəldi? Rəqib zəif idi, yoxsa siz yaxşı oynadınız?
- Müdafiədə yaxşı oynadıq. Bununla yanaşı baş məşqçimizin tapşırıqlarını uğurla yerinə yetirdik. Həm də qol imkanlarından lazımınca yararlandıq. Buna görə də qələbə qazandıq.
- Bu görüşdə qol vurmaq şansın olsa da, Abdulla Xaybullayevə assist etdin. Niyə özün vurmadın zərbəni?
- Təkbətək qaldığım həmin epizodda zərbə vurmaq asan deyildi. Həmin anda isə Abdulla artıq məndən ötürmə etməyimi istəmişdi. Ona görə də elə topu ona ötürdüm və o da qol vurdu. Əsas odur ki, qalib gəldik.
- Estoniya qələbəsindən sonra eyforiyaya qapıldınız deyə, Belarusa yoxlama görüşündə uduzduz?
- Deyə bilmərəm ki, Belarus bizdən güclü idi. Sadəcə olaraq, ilk yarıda yaratdığımız qol epizodlarından yararlanmalı idik. Həmin epizodları dəyərləndirsək, daha yaxşı olardı.
- Yığmanın qrupda 3 oyunu qalıb, hamısı da səfərdədi. Estoniya, Finlandiya və Norveç səfərindən yığma maksimum xalla qayıda bilər vətənə?
- Hər şey mümkündü. Qalan üç oyunda maksimum gücümüzü meydanda qoyacağıq. Allah qoysa, hər şey yaxşı alınar.
Mirbağırağa