Türkiyə birinci divizionunda yarışan "Keçiörengücü" klubunda oynayan Vüsal İsgəndərli bu komandadan ayrılmağa hazırlaşır.
Sportal.az saytının məlumatına görə, hazırda bununla bağlı futbolçunun meneceri və klub arasında danışıqlar davam edir.
Mövsümün əvvəlində Ankara klubuna keçən İsgəndərli hazırki komandasından ayrılsa da, Azərbaycana qayıtmayacaq. Mənbənin məlumatına görə, İsgəndərli legioner həyatına davam edəcək. Onun Türkiyə klubları ilə yanaşı Avropanın bir neçə ölkəsindən təklifləri var.