Bakıya gələn Türkiyə klubunun rəsmisi: "Qarabağ" və "Neftçi" klublarının qonağı oldum"

15:33 - 1 Aprel 2022

"Alanyaspor"un baş direktoru Serkan Daldal Sportal.az saytına müsahibə verib. Bir neçə gün əvvəl Bakıya tanışlıq məqsədilə gələn Türkiyə klubunun rəsmisi "Qarabağ" və "Neftçi" klublarında qonaq olub. O, saytımıza açıqlamasında səfərilə bağlı və klublarla qarşıdakı illərdə əməkdaşlıq etmək istəmələrindən söz açıb:

"Azərbaycana klubum adına tanışlığa gəlmişəm. "Qarabağ" və "Neftçi" klublarının qonağı oldum. Sağolsunlar, yaxşı qarşıladılar, iki ölkə arasındakı futbol əməkdaşlığından danışdıq. Məncə, Azərbaycan və Türkiyə futbolu daha da sıx əməkdaşlıq etməlidi. "Alanyaspor"un aşağı yaş qruplarından ibarət komandasında azərbaycanlı futbolçu var.

Hələ ki, Azərbaycandan təklif etdiyimiz oyunçu olmayıb. Amma qarşıdakı illərdə bunlar da ola bilər. Birinci gün Türkiyəyə qayıdacam. Təbii ki, yaxşı bilgilər və buradakı qurduğumuz münasibətlə qayıdıram Alanyaya. Daha tez-tez və sıx əməkdaşlıq edəcəyimizə inanıram".

Xəbər xətti