“Sabah”ın yeni transferi Aleksey Kaşukun karyerası haqda öncəki yazılarda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, ukraynalının keçmiş komanda yoldaşları arasında əslən azərbaycanlı futbolçu Eldar Quliyev də olduğunu qeyd etmişdik. Saytımıza açıqlamasında “Minay”ın futbolçusu “Sabah”ın yeni futbolçusu barədə danışıb.
O, ukraynalı barədə bu cür danışıb: “Ölkəmizdəki hazırki vəziyyətdə klub tapmasına görə onun adına sevinirəm. Kaşuka “Sabah”da uğurlar arzulayıram. Ona uğurlar arzulayıram. Ki, orada mümkün qədər çox qol vursun. Hansı üstünlükləri və əskikliyi var? Bu barədə mənim danışmağım doğru deyil. Ona uğurlar arzulayıram, yaxşı futbolçudu”.