"Şaxtyor"un yetirməsi Azərbaycan klubunda

13:55 - 4 Aprel 2022

Azərbaycan Regional Liqasında mübarizə aparan "Araz Naxçıvan" düşərgəyə Ukraynadan futbolçu dəvət edib.

Sportal.az saytına bu barədə komandanın baş məşqçisi Azər Bağırov məlumat verib.

Belə ki, yeni mövsümdən birinci divizionda oynayacağı gözlənilən klub Ukraynanın birinci liqasında mübarizə aparan "Kremen" klubunun futbolçusu Tuqay Əlizadəni düşərgəyə dəvət edib.

Artıq futbolçu bir həftəyə yaxındır ki, bu klubla məşq edir.

​“Şaxtyor” yetirməsi olan 19 yaşlı futbolçu “Mariopol”da da oynayıb və 2021-ci ildən “Kremen”ə keçib.

Xəbər xətti