Manafov "Olimpiakos"u FİFA-ya şikayət etdi

18:54 - 5 Aprel 2022

“Olimpiakos”un azərbaycanlı futbolçusu Turan Manafov komandanın düşərgəsini tərk edib.

Sportal.az saytının məlumatına görə, futbolçu Yunanıstan klubuna borcları ödəmək üçün vaxt verib. Amma bu vaxt ərzində də məsələ həll olunmadığına görə Manafov icarə müqaviləsini birtərəfli ləğv edib. 

Manafov artıq vətənə qayıdıb. O, Volos klubunu FİFA-ya şikayət edib. 23 yaşlı futbolçu mövsümün sonuna qədər müqavilə ilə məxsus olduğu “Səbail”də məşq edəcək.

 

Xəbər xətti