"Zirə"nin sabiq hücumçusu Estoniyaya üz tutdu

10:13 - 7 Aprel 2022

"Zirə"nin sabiq futbolçusu Velves Santos Ukraynanın "Lvov" komandasından ayrılıb.

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu Estoniyanın "Nomme Kalyu" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı oyunçu mövsümün sonuna qədər icarə əsasında Tallin klubunda çıxış edəcək.

Mövsümün ilk yarısında "Zirə"də icarədə olan Velves Santos cəmi 2 oyunda "qartallar"ın formasını geyinib.

Xəbər xətti