"De Byazi çoxdan istefaya göndərilməliydi, hamı günahı bir-birinin üstünə ataraq özünə haqq qazandırır"

12:34 - 7 Aprel 2022

"Canni De Byazi belə deyibsə, deməli ilk növbədə onun hərtərəfli problemi var".

Bu sözləri Sportal.az saytına açıqlamasında Ramal Hüseynov deyib.

Azərbaycanlı futbol veteranı, yığma komandamızda oynamış futbolçu Canni De Byazinin milli komanda haqda səsləndirdiyi qorxaq və xaraktersiz ifadələrinə münasibət bildirib.

Hüseynov, italiyalı mütəxəssisin sözlərinə bu cür reaksiya verib: "Hər şey baş məşqçidən başlayır. Özü necə xarakterdədirsə, onu da komandaya ötürür. Nəticə olmayan yerdə hamı günahı bir-birinin üstünə ataraq özünə haqq qazanadırır. Komanda üç ötürmə edə bilmir deyirdi. Əgər, komanda üç ötürmə edə bilmirsə, bu, sırf baş məşqçinin olmamasını göstərir. Bir baş məşqçi kollektiv yarada bilmirsə, günahı özündədi.

Canni De Byazi çoxdan istefaya göndərilməliydi. Nəticə göz qabağındadı. Mən həmişə yerli məşqçinin millidə işləməsini dəstəkləyirəm. Yerli futbolçuları elə yerli məşqçi daha yaxşı tanıyır".

Xəbər xətti