“Qəbələ”nin müdafiəçisi Murad Musayev Sportal.az saytına müsahibə verib.
- "Qəbələ" son turda "Keşlə" evdə ilə bərabərə qaldıı. Səncə, nəyə görə qalib gələ bilmədiniz
- "Keşlə" ilə oyun bizim üçün çətin keçdi. Oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Amma təəssüf ki, olmadı. Halbuki matç bizim nəzarətimizdə idi. Çoxsaylı qol imkanlarımız oldu, sadəcə dəyərləndirə bilmədik.
- "Qəbələ" son turlarda qalib gələ bilmir. "Qarabağ" məğlubuyyəti komandaya çox pis təsir edib?
- Xeyr, "Qarabağ" oyununun üstündən çox zaman keçib. Bizə heç bir təsiri ola bilməz. Sadəcə çoxsaylı qol imkanlarını dəyərləndirə bilmirik. Tək problemimiz budu.
- Növbəti turda rəqibiniz "Səbail"di. Rəqibiniz uzun müddətdir ki, qalib gələ bilmir. Yəqin ki, onları məğlub etmək çətin olmayacaq sizin üçün?
- Bizdə hansısa rəqibi asanlıqla məğlub etmək anlayışı yoxdu. Hər oyuna eyni gücdə hazırlaşırıq, hər rəqibə hörmət edirik. "Səbail"ə qarşı da bizi çətin oyun gözləyir. Ancaq təbii ki, düşüncəmiz "Səbail"lə matçda qalib gəlməkdi.
- "ASCO Arena"nın ot örtüyünün bərbad olduğu deyilir. Orada oynayarkən zədələnməkdən qorxursunuz?
- Bəli, elədi. Süni örtüklü meydançadı, çox pis vəziyyətə düşüb, artıq köhnəlib. Orada oynamaq çox təhlükəlidi. Amma nə etmək olar, işimizi görməyə çalışacağıq. Xeyirlisi olsun.
- "Qəbələ"nin avrokubok şansını necə dəyərləndirirsən? Səncə, nəyin bahasına olursa-olsun bunu bacaracaqsınız?
- Bizim işimiz hər oyuna yaxşı hazırlaşıb qələbə qazanmaqdı. Əgər avrokuboklara düşə bilsək, yaxşı olar. Çünki çox əziyyət çəkirik
- Yeri gəlmişkən, bu turdan bölgə komandalarımızın sayı artır. "Keşlə" "Şamaxı" adı ilə əvəzləndi. Bu barədə fikrin necədi? Premyer Liqanın 27-ci turunda da "Qəbələ" Şamaxı səfərinə yollanacaq...
- Bölgələrimizdə klubların sayının çox olması yaxşıdı. Futbolumuzun inkişafı üçün də yaxşı təkan olacaq. İstəyərdik ki, bölgələrdə klublarımızın sayı daha çox olsun. Futbolumuzu sevən rayonlarımız çoxdu. Şamaxıda oynamaq da hamı üçün maraqlı olacaq. Təki futbolumuz üçün xeyirli olsun.