"Tam olaraq kollektivlə məşqlərə başlamışam. Yavaş-yavaş formamı bərpa edirəm. Meydana çıxmağım hələ tezdi. Aprelin sonu hazır olacam".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Sumqayıt" və Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlov deyib.
Mövsümün əvvəlində ön çarpaz bağlarından əməliyyat edilmiş Bədəlov artıq kollektiv məşqlərinə start verib. Futbolçu "gənclik şəhəri" təmsilçisinin bu mövsümki çıxışına da toxunub: "Komandamızın durumu haqda fikrim? Durumumuz gördüyünüz kimi yaxşı deyil. Ancaq hər gün çalışırıq ki, vəziyyəti düzəldək. Komandada hər şey qaydasındadı. Sadəcə qələbə qazanmaq lazımdı ki, ardı gəlsin. Onun üçün də əlimizdən gələni edirik".