Türkiyənin "Keçiörengücü" klubundan ayrılan Vüsal İsgəndərli Azərbaycana qayıdıb.
Sportal.az saytına açıqlama verən futbolçu "Sumqayıt"ın düşərgəsində məşq etməsinə münasibət bildirib. O, bu klubda qalmayacağını söyləyib.
İsgəndərli yenidən ölkə xaricində oynaya biləcəyini deyib:
"20 günlük məşqlər üçün gəlmişəm. Daha sonra qayıdacam. "Sumqayıt"la müqavilə haqda söhbət olmayıb. Sadəcə Riad müəllim sağolsun, dəstək oldu ki, gəlim məşq edim, məşqsiz qalmayıb. Amma buradakı klublardan heç biri ilə danışığım olmayıb. Xarici klublardan təklif var, necə olacağını görəcəyik".